AMB-nin sədri İKZF-nin fəaliyyətini kommersiyalaşdırmağı təklif edib

AMB-nin sədri İKZF-nin fəaliyyətini kommersiyalaşdırmağı təklif edib
# 31 yanvar 2020 11:48 (UTC +04:00)

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) fəaliyyətini kommersiyalaşdırmaq lazımdır.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

“Qurumun daxili bazardan vəsait cəlb etməsi istiqamətində işləmək olar”, - deyə E. Rüstəmov əlavə edib.

O həmçinin qeyd edib ki, ölkədə ipoteka kreditlərinin həcminin artırılması üçün layihə hazırlana bilər.

“Bankların özünün uzunmüddətli resursları yoxdur. Onların özünün ipoteka vermək imkanını artırmaq lazımdır. Bankların öhdəlikləri qısamüddətlidir. Bu da 20-25 illik ipoteka verməyə imkan vermir”, - deyə AMB-nin sədri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR