Qubada məktəbin dam örtüyü yanıb

Qubada məktəbin dam örtüyü yanıb
# 13 dekabr 2019 16:43 (UTC +04:00)

Qubada məktəb binasında yağın olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Tülər kəndində qeydə alınıb.

Tülər kənd orta məktəbində baş verən yanğının söndürülməsi üçün əraziyə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və onun daha geniş əraziyə keçməsinin qarşısı alınıb.

İlkin məlumata görə, məktəbin 250 kvadratmetrlik dam örtüyü yanıb.

Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR