İtaliyada qar uçqunu altında qalan mehmanxananın müştərilərindən birinin meyiti tapılıb - YENİLƏNİB

İtaliyada qar uçqunu altında qalan mehmanxananın müştərilərindən birinin meyiti tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 19 yanvar 2017 11:08 (UTC +04:00)

İtaliyanın Peskara əyalətində qar uçqunu altında qalan mehmanxananın müştərilərindən birinin meyiti tapılıb.

APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, pis hava şəraiti xilasetmə işlərinin aparılmasını çətinləşdirir.

Qarın alında qalan mehmanxanadakı insanların öldüyü ehtimal olunur.

*** 13.15

İtaliyada qar uçqunu baş verib.

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, nəticədə mehmanxana qar altında qalıb.

Xilasedicilər bildiriblər ki, çoxlu sayda ölən var. Xilasetmə əməliyyatı nəticəsində qarın altından iki nəfəri çıxarmaq mümkün olub.

Bundan öncə yayılmış məlumatda bildirilirdi ki, hadisə yerində 30-dək meyit tapılıb. Lakin sonra bu məlumat təkzib olunub. Məlum olub ki, söhbət mehmanxanada olan müştərilərdən gedir.

Qar uçqununun güclü zəlzələnin fəsadlardan biri olduğu ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR