Həkim-rezidentlərin dövri attestasiyası keçiriləcək

Həkim-rezidentlərin dövri attestasiyası keçiriləcək
# 15 sentyabr 2017 14:25 (UTC +04:00)

Həkim-rezidentlərin dövri attestasiyası keçiriləcək.

APA-nın Səhiyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, attestasiya Azərbaycan Tibb Universitetinin (ATU) Virtual Test Mərkəzində oktyabr ayında müvafiq cədvələ uyğun baş tutacaq.

İmtahanda iştirak etmək üçün həkim-rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Həkim-rezidentlər istifadəçi şifrələrini ATU-nun Virtual Test Mərkəzində 20.09.-29.09.2017-ci il tarixlərində şəxsiyyət vəsiqələrini təqdim etməklə əldə edə bilərlər.

Dövri attestasiyada iştirak edəcək həkim-rezidentlər üçün ATU-nun Virtual Test Mərkəzində 02-03.09.2017-ci il tarixlərində saat 14.00-da treninq keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR