Bakıda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyevin məzarını ziyarət edib.
APA-nın məlumatına görə, qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıblar, məzarı üzərinə tər çiçəklər düzüblər.
Sonra Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.