2018-ci il aprel ayı üzrə “AtaSığorta” ASC-nin sığorta yığımları 1 mln. 893 min 712 manat, sığorta ödənişləri isə 687 min 738 manat təşkil edib.
Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə “AtaSığorta” yığımlarının 36,32%-ni ödənişə yönəldib.
Mart ayı ilə müqayisədə şirkətin daxilolmaları 26,07%, ödənişləri isə 35,6% artıb.
Ümumiyyətlə, ötən ilin aprel ayı ilə müqayisədə şirkətin sığorta yığımları 2,63 dəfə, ödənişləri isə 2,8 dəfə artıb.