KİV:OPEC dekabrın 9-da kartelə üzv olmayan ölkələrlə görüş keçirəcək

KİV:OPEC dekabrın 9-da kartelə üzv olmayan ölkələrlə görüş keçirəcək
# 30 noyabr 2016 17:13 (UTC +04:00)

OPEC dekabrın 9-da kartelə üzv olmayan ölkələrlə görüş keçirməyi planlaşdırır.

APA-nın xəbərinə görə, bu barədə Bloomberg agentliyinə məlumatlı mənbə bildirib.

Görüşün Qətərin paytaxtı Dohada baş tutacağı qeyd olunur. Qeyd edək ki, OPEC-ə üzv olmayan ölkələrlə görüş noyabrın 30-a təyin edilmiş, sonra isə ləğv edilmişdi.

Xatırladaq ki, bu gün OPEC-ə üzv ölkələr neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edib.

Razılığa əsasən, OPEC ölkələri hasilatı sutkalıq 1,2 mln. barrel azaldacaq. Bununla da sutkalıq neft hasilatı 32,5 mln. barrelə qədər enəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR