Prokuror 15 il əvvəl Bakıda cinayət törədərək Rusiyaya qaçan şəxsə cəza istəyib

Prokuror 15 il əvvəl Bakıda cinayət törədərək Rusiyaya qaçan şəxsə cəza istəyib
# 28 fevral 2017 08:25 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirləndirilən Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əlovsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, P. Hüseynova 14 illik həbs cəzası istəyib.

Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses martın 7-də davam etdiriləcək.

İttihama görə, Pərviz Hüseynov paytaxtda 2000-ci ildə 3 nəfərlə birlikdə cinayət əlaqəsinə girərək Bakı şəhər sakini öldürməyə cəhd edib. Onlar şəhər sakinləri qarşı quldurluq əməlləri törədərək pul alıblar. Digər 3 nəfər həmin il saxlanılaraq barələrində məhkəmə hökmü çıxarılıb.

Pərviz Hüseynov isə cinayətdən yayına bilib. O, Rusiya Federasiyasına qaçıb. Bir müddətdən sonra Rusiyada başqa bir cinayətə görə tutulub. Uzun müddət orda məhbusluq həyatı yaşayıb. 2015-ci ildə Azərbaycana qayıdan Pərviz Hüseynov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR