Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunan Türkmənistan neftinin həcmi 30% artıb

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunan Türkmənistan neftinin həcmi 30% artıb
# 11 iyun 2015 14:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 19,4 mln. ton neft nəql edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin beş ayı ilə müqayisədə 2,02% azdır.

Nəqletmənin 76,7%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 14,9 mln. ton neft ötürülüb ki, bu da 2014-cü ilin yanvar-may aylarına nisbətən 0,66% azdır.

Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 3,0 mln. ton tranzit Türkmənistan nefti nəql edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur.

Bu müddət ərzində magistral qaz kəmərləri ilə 9,8 mlrd. kubmetr qaz nəql edilib. Bu da yanvar-may ayları ilə müqayisədə 3,15% çoxdur.

Qazın nəqlinin 30,9%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 3,0 mlrd. kubmetr qaz ötürülüb ki, bu da 2014-cü ilin beş ayı ilə müqayisədə 11,1% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR