“Nardaran işi” üzrə məhkəmə prosesi davam etdirilib - YENİLƏNİB

“Nardaran işi” üzrə məhkəmə prosesi davam etdirilib - <span style="color: red;">YENİLƏNİB
# 13 mart 2017 13:15 (UTC +04:00)

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ruzi İsmayılov ifadə verərək, ittihamları qəbul etmədiyini deyib.

R. İsmayılov ifadə verərkən, məhkəmə prosesinə gələn təqsirləndirilən şəxslərin yaxınları səs-küy salaraq, etiraz edib. Buna görə hakim onları zaldan çıxarıb.

Proses martın 27-də davam etdiriləcək.

***

13:04

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cabir Əliyev və Mübariz İbrahimov ifadə verərək, günahsız olduqlarını deyiblər.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR