Bakıda mağazanın anbarında yanğın olub

Bakıda mağazanın anbarında yanğın olub
# 12 noyabr 2017 12:47 (UTC +04:00)

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mağazanın anbarında yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 4 m2 sahədə rəflər və rəflərə yığılmış ərzaq malları yanıb, yüksək temperaturdan lambirdən ibarət qapı əriyib.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR