BNA avtobusların gecikmə səbəbini açıqlayıb

BNA avtobusların gecikmə səbəbini açıqlayıb
# 05 mart 2018 07:11 (UTC +04:00)

Səhər saatlarından başlayaraq paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə “APA-Economics”ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

M.Ağayevin sözlərinə görə, sıxlıq səbəbindən bəzi marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb.

“Səhər saatlarında başlayaraq Tbilisi, Qara Qarayev, Xətai prospektlərində, eyni zamanda Afiyəddin Cəlilov, Koroğlu Rəhimov, Həsən bəy Zərdabi və digər mərkəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir”, - deyə mətbuat katibi əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR