QMİ-nin dövlətə xəyanətdə ittiham olunan sabiq sektor müdiri kassasiya şikayətini geri götürüb

QMİ-nin dövlətə xəyanətdə ittiham olunan sabiq sektor müdiri kassasiya şikayətini geri götürüb
# 20 oktyabr 2017 14:00 (UTC +04:00)

İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ssektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsindəki qərardan verilən kassasiya şikayətini geri götürüb.

Bu barədə APA-ya E. Mustafaoğlunun vəkili Əfqan Məmmədov məlumat verib. Vəkil bildirib ki, E. Mustafaoğlunun Ali Məhkəməyə verdiyi şikayəti geri götürməsinə səbəb şikayətdə bəzi detalların dəqiqləşdirilməsi olub. Vəkil yenidən şikayətin verilməsini istisna etməyib.

Qeyd edək ki, E. Mustafaoğlu barəsində bəraət hökmünün çıxarılması üçün Ali Məhkəməyə müraciət edib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Mustafaoğlu 10 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR