Azərbaycan, Türkiyə və Gürcüstan gömrükçüləri yüklərin əngəlsiz daşınmasını müzakirə edəcək

Azərbaycan, Türkiyə və Gürcüstan gömrükçüləri yüklərin əngəlsiz daşınmasını müzakirə edəcək
# 18 iyul 2017 11:33 (UTC +04:00)

Sabah Bakıda keçiriləcək Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidməti rəhbərlərinin üçtərəfli yüksək səviyyəli görüşündə nəqliyyat dəhlizlərinin reallaşdırılmasına dair məsələlər müzakirə olunacaq.


"APA-Economics" xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənkçi bugünkü mətbuat konfransında bildirib.


"İnanıram ki, görüşümüz faydalı olacaq. Görüşdə həmçinin gömrük sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən yüklərin əngəlsiz daşınması müzakirə olunacaq. Rəsmi Ankara Azrbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq platformasını vacib hesab edir", - deyə nazir bildirib.


Son zamanlar Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsində azalmanın müşahidə olunduğunu deyən nazir əlavə edib ki, dövriyyənin artırılması üçün olduqca böyük potensial var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR