Çilidə 5.2 maqnitudalı zəlzələ olub.
APA-nın məlumatına görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.
Zəlzələnin ocağı Kalama yaşayış məntəqəsindən 42 km şimal-şərqdə, 100 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.