SOCAR neft hasilatını 8% azaldıb

SOCAR neft hasilatını 8% azaldıb
# 17 noyabr 2016 07:47 (UTC +04:00)

Bu ilin oktyabr ayında SOCAR tərəfindən 641,3 min ton neft hasil edilib ki, bu da ötən ilin oktyabrı ilə müqayisədə 7,73% az, cari ilin sentyabr ayı ilə müqayisədə isə 3,67% çoxdur.

"APA-Economics" SOCAR-ın statistik rəqəmlərinə istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında SOCAR tərəfindən 6 mln. 317,1 min ton neft hasil edilib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,57% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 647 min ton, fevralda 605 min ton, martda 646,2 min ton, apreldə 624,5 min ton, mayda 639 min ton, iyunda 620 min ton, iyulda 639 min ton, avqustda 636,5 min ton, sentyabrda isə 618,6 min ton neft hasil edilib.

Bu ilin oktyabrında ölkə üzrə 3 mln. 416,6 min ton neft hasil edilib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 3,97% az, cari ilin sentyabr ayı ilə müqayisədə isə 9,74% çoxdur.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda ümumilikdə 34 mln. 721 min ton neft hasil edilib ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 0,66% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 3 mln. 518,2 min ton, fevralda 3 mln. 339,3 min ton, martda 3 mln. 649,7 min ton, apreldə 3 mln. 469,8 min ton, mayda 3 mln. 567,2 min ton, iyunda 3 mln. 519,7 min ton, iyulda 3 mln. 635,9 min ton, avqustda 3 mln. 49,3 min ton, sentyabrda isə 3 mln. 113,3 min ton neft hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR