Cibuti və Azərbaycanın hava yolu şirkətləri yük daşınması sahəsində memorandum imzalayacaq

Cibuti və Azərbaycanın hava yolu şirkətləri yük daşınması sahəsində memorandum imzalayacaq
# 24 fevral 2017 10:57 (UTC +04:00)

“Cibutinin aidiyyəti qurumu ilə “AZAL” Qapalı Səhmdar Cəmiyyəti arasında karqo daşınması sahəsində anlaşma memorandumu imzalanacaq”.

APA-nın məlumatına görə, bu sözləri Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, daha sonra kaqro uçuşları başlayacaq: "Bu, biznes üçün geniş imkan yaradacaq. Biz investisiyanın təşviqi üçün ikiqat vergitutmadan azad edilmə ilə bağlı saziş imzalamalıyıq. Həmkarımla bu məsələ üzərində işləyəcəyik. İqtisadi münasibətlər siyasi münasibətlərə əlavə stimul olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR