Bakıda iki qardaş yaşadıqları evdə dayısı oğlu tərəfindən bıçaqlanıb

Bakıda iki qardaş yaşadıqları evdə dayısı oğlu tərəfindən bıçaqlanıb
# 05 yanvar 2020 02:26 (UTC +04:00)

Bakının Qaradağ rayonunda ailə-məişət zəminində bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ümid qəsəbəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Həmidov Arif Sabir oğlu və onun qardaşı 1985-ci il təvəllüdlü Həmidov Təşəkkür Sabir oğlu yaşadıqları evdə qonaq olan dayısı oğlu ilə mübahisə ediblər. Nəticədə hər iki qardaş bıçaqlanıb. Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Həkimlərin verdiyi məlumata görə, T.Həmidovun vəziyyəti ağırdır.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR