Bu gün Xırdalan şəhərində elektrik enerjisi təchizatında fasilələr yaranacaq.
"APA-Economics"in "Azərişıq" ASC-yə istinadən verdiyi məlumata görə, Xırdalan ETSİ-nin xidməti ərazisində elektrik verilişi xətlərində aparılacaq yenidənqurma və təmir işləri ilə əlaqədar olaraq 25 fevral 2020-ci il tarixində saat 12:00-dan 14.00-a qədər Xırdalan şəhərinin bəzi yaşayış massivlərində istehlakçıların elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranacaq.