Daxili İşlər Nazirliyi (DİN) Bərdədə bir nəfərin odlu silahla sahibsiz itləri öldürməsi və uşaqların gözü qarşısında silahla gəzməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, həmin hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayonunda məskunlaşmış İxtiyar Qurbanov saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.
Hadisəni törədərkən istifadə etdiyi tir tüfəngi də ondan maddi sübut kimi götürülüb.
Hazırda faktla bağlı Təhqiqat Bölməsində araşdırma aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.