ABŞ Şimali Makedoniyanın NATO-ya qoşulması ilə bağlı sənədi ratifikasiya edib

ABŞ Şimali Makedoniyanın NATO-ya qoşulması ilə bağlı sənədi ratifikasiya edib
# 02 dekabr 2019 10:24 (UTC +04:00)

ABŞ Şimali Makedoniyanın NATO-ya qoşulması ilə bağlı sənədi ratifikasiya edib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo "Twitter" səhifəsində bildirib.

"Amerika Birləşmiş Ştatlarının Şimali Makedoniyanın NATO-ya qoşulması ilə bağlı protokolu ratifikasiya etdiyini elan etməkdən məmnunluq duyuram. Şimali Makedoniyanı NATO-nun 30-cu müttəfiqi olaraq qarşılamağa bir addım da yaxınlaşdıq!”, - deyə M. Pompeo qeyd edib.

Xatırladaq ki, NATO-nun bir çox üzvü artıq bu protokolu ratifikasiya edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR