Lavrov və Tillerson dünyadakı vəziyyəti müzakirə ediblər

Lavrov və Tillerson dünyadakı vəziyyəti müzakirə ediblər
# 08 dekabr 2017 03:41 (UTC +04:00)

Vyanada Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında görüş keçirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüş ATƏT XİN rəhbərləri Şurasının iclası çərçivəsində baş tutub. Rusiyalı nazir görüşün bir saatadək davam etdiyini bildirib.

Görüş zamanı diplomatlar Suriyaya dair Cenevrə danışıqlarının bərpasını alqışlayıblar, həmçinin, Şimali Koreya ətrafındakı vəziyyəti, ABŞ-ın Əfqanıstandakı yeni strategiyasını müzakirə ediblər.

Diplomatlar, həmçinin, Rusiya və ABŞ prezidentləri arasında Vyetnamda əldə olunan razılaşmaların icrasını müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR