Partiya sədri: “Bu gün müxalifət daxilində liderlik uğrunda mübarizə gedir”

Partiya sədri: “Bu gün müxalifət daxilində liderlik uğrunda mübarizə gedir”
# 13 yanvar 2017 13:01 (UTC +04:00)

“Ölkədəki siyasi partiyalarla birlik real görünmür”.

Bunu APA-ya açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

T. Abbaslı qeyd edib ki, birliyə cəhdlə bağlı siyasi partiya sədrləri tərəfindən təkliflər irəli sürülür. Ağ Partiya hazırda ölkədəki bir neçə siyasi təşkilatla əməkdaşlıq edir. Biz bunun tərəfdarıyıq. Amma təəssüflər olsun ki, bu gün müxalifət daxilində liderlik uğrunda mübarizə gedir. Xalq və problemlər kənarda qalıb. Bir çox partiyalar “ana müxalifət” uğrunda mübarizə aparır. Belə olan halda siyasi partiyalarla birlik real görünmür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR