Sumqayıtda 6 ədəd aviabomba tapılıb

Sumqayıtda 6 ədəd aviabomba tapılıb
# 13 mart 2019 02:04 (UTC +04:00)

Martın 12-də Sumqayıt şəhərinin Kotec qəsəbəsi ərazisində mərmi tapılıb.

ANAMA-dan ONA-ya verilən xəbərə görə, təşkilatın xüsusi mobil çevik əməliyyat qrupu və DİN Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə su kanalının kənarına baxış keçirilmişdir. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 6 ədəd təlim məqsədli (tərkibində partlayıcı maddə olmayan) aviobomba (TAB-7) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aviobombaların ətrafında 300 kv.m əraziyə yerüstü, 10 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR