Azərbaycan millisi Slovakiya ilə heç-heçə oynayıb

Azərbaycan millisi Slovakiya ilə heç-heçə oynayıb
# 01 fevral 2020 21:55 (UTC +04:00)

Azərbaycan milli komandası DÇ-2020-nin elit-raund mərhələsində mübarizəni başa vurub.

Apasport.az saytının məlumatına görə, yığmamız oyunları Xorvatiyada təşkil olunan C qrupunda son matçını keçirib.

Joze Alesio da Silvanın baş məşqçisi olduğu komanda Slovakiya ilə qarşılaşıb. İlk yarıda məğlub duruma düşən Azərbaycan yığması sonradan hesabda önə keçməyi də bacarıb. Lakin komandamız qələbəni əldən verərək, son dəqiqədə yenə hesabda geri düşüb. Buna baxmayaraq, final fitindən öncə vurulan qolla 1 xal əldə edib.

Əvvəlki turlarda Xorvatiyaya 0:2 hesabı ilə uduzub, Rusiyaya 4:3 hesabı ilə qalib gələn millinin taleyi günün son matçında həll olunacaq. Komandamız Xorvatiya – Rusiya qarşılaşmasında meydan sahiblərinin uduzmamasına ümid edir.

Qeyd edək ki, Xorvatiya – Rusiya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DÇ-2020-nin seçmə mərhələsi

UEFA zonası, elit-raund, C qrupu

III tur, 1 fevral

20:00. Azərbaycan – Slovakiya – 3:3

Qollar: Rafael Vilela, 16, Matuy Kijovski, 28 (avtoqol), Bolinya, 40 - Marian Hudek, 8, Maruş Şevçik, 30, Matuy Kijovski, 40

Hakimlər: Anjelo Qalante, Çiara Perona, Nikola Manzione (hamısı İtaliya)

Osiyek. “Qradsk vrt Arena”

1

Xorvatiya

2

2

0

0

5-2

6

2

Azərbaycan

3

1

1

1

7-8

4

3

Rusiya

2

1

0

1

10-5

3

4

Slovakiya

3

0

1

2

6-13

1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR