MSK YAP-ın deputatlığa namizədinə xəbərdarlıq edib

MSK YAP-ın deputatlığa namizədinə xəbərdarlıq edib
# 31 yanvar 2020 17:46 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş və 93 saylı Bərdə Şəhər Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Fatma Yıldırıma xəbərdarlıq edib.

APA-nın xəbərinə görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK üzvü Tofiq Həsənov məlumat verib.

T. Həsənov deyib ki, buna səbəb namizədin bir kənddə torpaq sahəsinin hamarlanmasına kömək etməsidir: "Bununla bağlı videomaterial da var. Həmin videomaterial da efir vasitəsiylə yayımlanıb”.

MSK bu fakta əsasında 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi qeydə alınmış Fatma Yıldırıma xəbərdarlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR