20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib

20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib
# 16 yanvar 2017 09:18 (UTC +04:00)

20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün qeyd edilməsi barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmrə əsasən, 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib.

Tədbirlər planına müvafiq olaraq, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 09 - 20 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçiriləcək. Yanvarın 19-da ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində ilk dərs 20 Yanvar faciəsinə həsr ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR