Tovuzda Gədəbəy sakininin meyiti tapılıb

Tovuzda Gədəbəy sakininin meyiti tapılıb
# 27 mart 2018 09:31 (UTC +04:00)

Tovuzda kanalın kənarında meyit tapılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Abulbəyli kənd qəbiristanlığının yaxınlığında baş verib. Gədəbəy rayon sakini, 1956-cı il təvəllüdlü Qurbanov Vilayət Kazım oğlunun meyiti kanalın yaxınlığında aşkarlanıb. Meyit aidiyyatı üzrə təhvil verilib. V. Qurbanovun sərxoş vəziyyətdə kanala yıxılaraq boğulduğu ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR