Əmək pensiyasının minimum məbləği 50 manat artırılıb

Əmək pensiyasının minimum məbləği 50 manat artırılıb
# 27 fevral 2019 19:23 (UTC +04:00)

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun təsdiqlənməsi barədə sərəncam imzalayıb.

ONA-nın məlumatına görə, sərəncama əsasən, “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər edilib.

Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, bundan əvvəl əmək pensiyasının minimum məbləği 110 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR