Almaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Berlin şəhərində Almaniya Azərbaycanlıları Alyansının (AAA) toplantısında iştirak edib.
Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə Alyansın İdarə Heyətinin sədri, Bakı-Nürnberq Cəmiyyətinin rəhbəri Yaşar Musayev açıb.
Toplantıda Azərbaycan və Almaniyanın dövlət himnləri səsləndirilib, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov çıxış ediblər.
Almaniyada Azərbaycan icmasının daim fəal olduğunu, yaxşı təşkilatlandığını xatırladan Komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq müxtəlif ölkələrdə Azərbaycan diasporunun quruculuğu istiqamətində əhəmiyyətli işlər görüldüyünü və ciddi uğurlar əldə edildiyini bildirib, fədakar fəaliyyətə görə Alyansın İdarə Heyətinin üzvlərinə təşəkkür edib.
Komitə rəsmisi həmvətənlərimizi diasporumuzun birliyi və həmrəyliyi baxımından böyük əhəmiyyət kəsb edən Azərbaycan Evlərinin fəaliyyətində yaxından iştirak etməyə dəvət edib: “Azərbaycan Evləri soydaşlarımız üçün nəzərdə tutulub. Bu evlər həmvətənlərimizi birləşdirən məkandır. Hər kəsi Azərbaycan Evlərini tez-tez ziyarət etməyə dəvət edirəm. Onlar sizin evlərinizdir”.
Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə çatdırılması istiqamətində diaspor təşkilatlarının təqdirəlayiq fəaliyyət göstərdiyini bildirən səfir, bu ölkədə təhsil alan tələbələrin diaspor hərəkatında fəallığını yüksək qiymətləndirib, icma üzvlərini dövlətimizin milli maraq və mənafelərinin qorunması məqsədilə fəal olmağa çağırıb.
Diaspor fəaliyyətinin milli-mənəvi dəyərlərimiz əsasında sistemli şəkildə həyata keçirilməsinin, lobbiçilik sahəsində hədəflərə doğru məqsədəuyğun şəkildə irəliləməyin, yerli KİV-lərlə sıx əməkdaşlığın önəmi və digər vacib məqamlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Toplantı Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə, diaspor nümayəndələrinin Şuşa səfərinə həsr edilmiş videoçarxların nümayiş olunması, eləcə də Alyansın fəaliyyəti barədə hesabatın təqdimatı ilə davam edib.
Daha sonra Alyansın İdarə Heyətinə seçkilər olub və 13 nəfər İdarə Heyətinə üzv seçilib.
Tədbir qarşıdakı mərhələdə görüləcək işlərlə bağlı fikir mübadiləsinin aparılması və tövsiyələrin verilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, AAA İdarə heyətinin sədri Yaşar Musayev Bakı-Nürnberq Cəmiyyətinin rəhbəridir. İdarə Heyəti sədrinin müavini Nuran Abdullayev Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktorudur. Digər sədr müavini Sevda Qəribova Berlin şəhər senatının nəzdindəki orta məktəbdə pedaqoq-təlimçi kimi fəaliyyət göstərir, alman dilini tədris edir.
Berlində Almaniya azərbaycanlıları ilə görüş keçirib
© APA | Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Berlində Almaniya azərbaycanlıları ilə görüş
Xəbər Lenti
Əhmədinejadın ofisi sabiq prezidentin “Mossad”la əməkdaşlığına dair iddiaları təkzib edib
Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələri üçün ƏMTQ hədləri müəyyənləşir
Balıqçılıq sahəsində nəzarət yoxlamaların dayandırılması rejiminə daxil olmayacaq
IV Şuşa Qlobal Media Forumunda media diplomatiyasının rolu müzakirə olunub - FOTO
Mərkəzi Bank ən çox şikayət olunan sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Baş katibin müavini: AQEM-in oktyabrda Bakıda keçiriləcək sammiti təşkilatın inkişafında yeni mərhələ olacaq
Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB
AccessBank 2026-cı ilin I yarısı üzrə maliyyə hesabatını açıqlayıb
Nazir: İranın neft ixracı fasiləsiz davam edir
Birinci yarımildə pensiyalara yönəldilən vəsait açıqlanıb
Yeni Dehli Hindistan dənizçisinin öldürülməsindən sonra iranlı diplomatı XİN-ə çağırıb, kəskin etiraz bildirilib
Elektron siqaretlər mülki dövriyyəsi qadağan edilir
Oman sahillərində tanker raketlə vurulub
Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək
Bakıda 172 nömrəli avtobus marşrutunun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Enerji Effektivliyi İnformasiya Sistemi Enerji effektivliyi fondunun vəsaiti hesabına maliyyələşdiriləcək
Şuşa Qlobal Media Forumunda süni intellektin media sahəsinə təsiri müzakirə olunub - FOTO
Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması prosedurları elektronlaşdırılır
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Könüllülərə, təcrübə keçən tələbə və şagirdlərə münasibətdə sığorta haqqı ödənilməsi mexanizmi olacaq
Sığorta ödənişləri peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun ödəniləcək
Dövlət başçısı: Azərbaycanla Slovakiya arasında son illər ərzində çox güclü tərəfdaşlıq yaradılıb
Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir, məsuliyyətdən azad edilmə halı olacaq
Kibertəhlükəsizliyə dair tələblərin pozulmasına görə cərimələr müəyyənləşir
Toxumçuluq haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq olunacaq
Daşınmaz əmlakla bağlı ünvanlanan sorğulara cavab verilməməsinə görə cərimə müəyyənləşir
Qumar oyununda təkrar iştirak etməyə görə inzibati həbs tətbiq olunacaq
Daşınmaz əmlakın dövlət reyestri və kadastrı vahid sistemdə birləşdiriləcək
Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün rüsum müəyyənləşir
İran İŞİD-lə əlaqədə ittiham olunan iki nəfəri edam edib
Xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin Azərbaycanın su bioresurslarından istifadə qaydası müəyyən ediləcək
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Akvakultura fəaliyyəti üçün qeydiyyat şəhadətnaməsi və Biotexnoloji Layihə Sənədi tələb olunacaq
“Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlanıb, idarəetmə rəqəmsallaşdırılacaq, izlənmə mexanizmləri yaradılacaq
IV Şuşa Qlobal Media Forumu üzrə şəhərsalma narrativləri və media məsuliyyəti ilə bağlı sessiya keçirilib - FOTO
Tramp: İranı demək olar ki, Daş dövrünə qaytarmışıq
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq
“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb, Reyestr yaradılacaq
Rəqəmsal tədqiqatın aparılması qaydası olacaq
Kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinin vəzifələri və hüquqları müəyyən edilir
İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin əsas istiqamətləri genişlənir
Pelleqrini: Hər dəfə Azərbaycana səfər etdikdən sonra siyasi karyeramda irəliyə doğru addım atmışam
Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir
Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir
İT mütəxəssisləri üçün sosial sığorta haqqı üçün yeni dərəcələr müəyyənləşir
Vençur kapitalı fondlarının fəaliyyətinə dair tələblər və vergi güzəşti olacaq
Rəqəmsal səyyahlara güzəştlər olacaq
Qeyri-rezidentlər üçün yeni güzəşt tətbiq ediləcək
Slovakiya Prezidenti: Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığımız inkişaf etməkdədir
Kraudfandinq platforması ilə əlaqədar dövlət rüsumu müəyyənləşir