Koreya hərbi attaşeliyinin açılışı münasibətilə rəsmi qəbul təşkil edilib - FOTO

Koreya hərbi attaşeliyinin açılışı münasibətilə rəsmi qəbul təşkil edilib - <span style="color: red;">FOTO
# 07 sentyabr 2015 17:07 (UTC +04:00)

APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general mayor Hüseyn Mahmudov, Koreya Müdafiə Nazirliyinin Müdafiə Kəşfiyyatı Agentliyinin rəis müavini cənab Yun Honq Qun, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İn 1992 –ci ildə Azərbaycanla Koreya Respublikası arasında diplomatik münasibətlərin qurulmasından sonra ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əlaqələrin inkişaf etdiyini bildirib. Azərbaycanın Müdafiə Naziri Zakir Həsənovun 2013-cü ildə Koreya Respublikasına səfərindən sonra ölkələrimiz arasında milli müdafiə sahəsində əməkdaşlığın daha da inkişaf etdiyi vurğulayan səfir hərbi attaşeliyin açılışından sonra bu əlaqələrin növbəti mərhələyə qədəm qoyacağını qeyd edib.

Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov Azərbaycan Müdafiə Naziri Zakir Həsənovun təbriklərini çatdırıb. Silahlı Qüvvələrin rəhbərləri arasında 2005-ci ildən müntəzəm görüşlərin ikitərəfli hərbi əməkdaşlığa mühüm töhfə verdiyi bildirən H Mahmudov müsbət dinamikanın gələcəkdə də davam edəcəyini ümid etdiyini vurğulayıb.

Koreya Müdafiə Nazirliyinin Müdafiə Kəşfiyyatı Agentliyinin rəis müavini Yun Honq Qun isə Azərbaycanın Avropa və Asiyanı birləşdirən körpü olduğuna diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan stabil xarici siyasət yürüdür və ölkələrimiz arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR