Böyük Britaniya səfirinin Azərbaycanın cənub bölgəsinə səfəri başa çatıb - FOTO - VİDEO

Böyük Britaniya səfirinin Azərbaycanın cənub bölgəsinə səfəri başa çatıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 07 avqust 2015 13:48 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, paytaxtla yanaşı, Azərbaycanın bölgələrinin də hazırkı durumu ilə əyani tanış olmaq məqsədi daşıyan səfər çərçivəsində ingiltərəli diplomat Astara və Lənkəran rayonlarında olub.

İrfan Siddiq bu gün Lənkəran şəhərində Avropa standartlarına uyğun qurulmuş süd məhsulları istehsal edən müəssisəyə baş çəkib. İrfan Siddiq burada istehsal olunan dondurma məhsullarının dadına da baxıb.

Səfir Lənkəran və Astara rayonlarının icra başçıları ilə görüşündə bölgədə turizm infrastrukturunun genişləndirilməsi məsələlərinin müzakirə olunduğunu, həmçinin təmsil etdiyi ölkənin cənub bölgəsi ilə aqrar sahədə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Böyük Britaniya əhalisinin çox çay içdiyini xüsusi qeyd edən xarici diplomat ölkəsində çaybecərmə imkanlarının olmadığını, məhz elə bu səbəbdən Lənkəran çayının marketinqinin və satışının təşkil edilməsi məqsədilə bu subtropik rayonla əməkdaşlıq etmək barədə düşünmək vaxtının çatdığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR