Səfir: “Bu ay Azərbaycan prezidentinin Pakistana səfəri gözlənilir”

Səfir: “Bu ay Azərbaycan prezidentinin Pakistana səfəri gözlənilir”
# 06 fevral 2017 11:52 (UTC +04:00)

“Bu ay prezident İlham Əliyevin Pakistana səfəri gözlənilir”.

APA-nın xəbərinə görə, bunu Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Said Xan Mohmand Kəşmirin həmrəylik gününə həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, hazırda iki ölkə münasibətlərinin hansı səviyyədə olmasını deməyə ehtiyac yoxdur: “Pakistan prezidenti 2015-ci ildə, baş naziri 2016-cı ildə Azərbaycana səfər ediblər. Bu il isə Azərbaycan prezidentinin Pakistana səfəri gözlənilir”.

Səfir bəyan edib ki, Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini həmişə olduğu kimi, dəstəkləməyə davam edəcək: “Bizim parlament fevralın 3-də Ermənistanın işğalçılığı və Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib. Bu qətnamədə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədləri dəstəklənir. Qətnamədə Ermənistanın qeyd-şərtsiz işğal etdiyi əraziləri tərk etməsinə dair BMT qətnamələrinə və münaqişənin sülh yolu ilə nizamlanmasına da dəstək ifadə edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR