Əbülfəs Qarayev Fransa səfiri ilə görüşüb

Əbülfəs Qarayev Fransa səfiri ilə görüşüb
# 18 may 2018 15:43 (UTC +04:00)

Mədəniyyət naziri Əbülfəs Qarayev Fransanın Azərbaycandakı səfiri Aurelia Buşezlə görüşüb.

Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Fransa arasında mədəni əlaqələr, yeni layihələr və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Səfir Aurelia Buşez Azərbaycan-Fransa əlaqələrinin inkişafına böyük önəm verdiyini, bu istiqamətdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illlik yubileyi çərçivəsində bir sıra tədbirlərin təşkilinin nəzərdə tutulduğunu qeyd edib. May ayının sonunda ölkəmizə səfəri planlaşdırılan Fransanın yüksək səviyyəli rəsmisinin səfəri çərçivəsində 27 may tarixində iki ölkənin klassik musiqilərindən ibarət konsertin təşkil olunacağı və həmin konsertdə Azərbaycan Xalq Cümhuriyyətinin uğurlarına, eyni zamanda dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar onun əsərlərinə yer ayrılması təklif olunub.

Əbülfəs Qarayev ölkə prezidenti İlham Əliyevin Azərbaycan-Fransa əlaqələrinin inkişafına xüsusi önəm verdiyini, mədəni əlaqələrin yüksək inkişafında ölkəmizin Birinci vitse-prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna rolunu diqqətə çatdırıb və Fransa tərəfindən təşkil olunacaq tədbirlərin həyata keçirilməsində Mədəniyyət Nazirliyi tərəfindən lazımi dəstək göstəriləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR