Gəncədə televiziya əməkdaşının avtomobili qarət olunub

Gəncədə televiziya əməkdaşının avtomobili qarət olunub
# 10 iyul 2017 22:05 (UTC +04:00)

Gəncədə avtomobil qarət olunub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə iyulun 10-da axşam saatlarında şəhərin Əttarlar küçəsində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər şəhər sakini Fərid Mehdiyevə məxsus “Opel” markalı avtomobilin yan şüşəsinin sındıraraq maşından cüzdanı aparıblar.

Sahibinin sözlərinə görə, cüzdanda nağd pul, plastik kartlar və lazımi sənədlər olub. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Araşdırma aparılır.

Qeyd edək ki, F. Mehdiyev “ARB Kəpəz” telekanalında xəbərlər departamentinin direktoru vəzifəsində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR