Güləşçimiz Həsən Əliyev I Avropa Oyunlarının bürünc medalını qazanıb - FOTOSESSİYA - VİDEO

Güləşçimiz Həsən Əliyev I Avropa Oyunlarının bürünc medalını qazanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 14 iyun 2015 16:48 (UTC +04:00)

Bakı - APA. Yunan-Roma güləşçimiz Həsən Əliyev 66 kq çəki dərəcəsində Bakı-2015 Avropa Oyunlarının bürünc medalına sahib çıxıb. Apasport.az saytının məlumatına görə, dünya və Avropa çempionumuz Həsən Əliyev mübarizəyə təsnifat mərhələsindən başlayıb.

25 yaşlı pəhləvanımız ilk görüşündə gürcüstanlı Saçino Davitaya ilə qüvvəsini sınayıb və 4:2 hesabı ilə qələbə qazanıb. O, 1/8 finalda xorvatiyalı Doniyel Yaneçiçlə güləşib. Çəkisinin lideri bu dəfə də asanlıqla qalib gəlib. Rəqibini 5:0 hesabı ilə məğlub edən Əliyev 1/4 finalda Mixail Simyonovla (Belarus) qarşılaşıb. Dünya çempionumuz bu sınaqdan da uğurla çıxıb - 3:0.

Həmyerlimiz yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşıb. Təəssüf ki, 3:0 hesabı ilə öndə olan Həsən üstünlüyünü qoruya bilməyib və 5:8 hesabı ilə uduzub. Buna baxmayaraq, o, yarışı medalla başa vurub. Avropa çempionumuz bürünc medal uğrunda Aleksandr Maksimoviç (Serbiya) üzərində layiqli qələbə qazanıb - 4:0. Bu, yığmamızın 11-ci medalı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR