Mingəçevirdə avtomobil üç nəfəri vurub

Mingəçevirdə avtomobil üç nəfəri vurub
# 02 aprel 2018 17:22 (UTC +04:00)

Mingəçevir şəhərində üç nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Mingəçevir şəhərinin Heydər Əliyev prospektində, bazarın qarşısında olub.

“Mercedes” markalı minik avtomobili yolu keçən 3 qadını-1978-ci il təvəllüdlü Qaraşova Yeganə Ədalət qızı, 1948-ci il təvəllüdlü Qaradilova Tamara Akif qızı və 1958-ci il təvəllüdlü Məmmədova Fəridə Məmmədəli qızını vurub. Onlar təcili tibbi yardım stansiyasının avtomobili ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR