Ucarda ikimərtəbəli ev yanıb

Ucarda ikimərtəbəli ev yanıb
# 10 fevral 2018 04:14 (UTC +04:00)

Ucarda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ucar rayonu, Əlikənd kəndində ümumi sahəsi 320 m² olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 160 m² sahədə yanıb.

Evin qalan hissəsi və ona bitişik ümumi sahəsi 252 m² olan talvar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR