Hindistan və Pakistan Kəşmirdə daimi atəşkəsə dair razılıq əldə edib

Hindistan və Pakistan Kəşmirdə daimi atəşkəsə dair razılıq əldə edib
# 30 may 2018 10:15 (UTC +04:00)

Hindistan və Pakistan mübahisəli Kəşmir ərazisində davamlı atəşkəsin təmin edilməsi üçün razılığa gəlib.

APA-nın xəbərinə görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, məsələ hər iki tərəfin hərbi rəhbərliyi arasında telefon danışığı zamanı müzakirə edilib. “Hər iki tərəf 2003-ci il razılaşmasına uyğun olaraq atəşkəsə tam riayət etməyə, atəşkəs rejiminin pozulmamasını təmin etmək üçün səy göstərməyə dair razılığa gəlib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Kəşmir münaqişəsi 1947-ci ildə başlayıb. 1947-48-ci ildə birinci Hindistan-Pakistan müharibəsi baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR