"Azəriqaz" üç rayonunun qaz təchizatını məhdudlaşdırır

"Azəriqaz" üç rayonunun qaz təchizatını məhdudlaşdırır
# 28 avqust 2015 14:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Avqustun 31-dən etibarən, iki gün müddətində “Qaz İxrac” İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin “Gədəbəy”, “Zəyəm”, “Çənlibel”, “Alakol”, “Qovlar” və “Dondarquşçu” qazpaylama stansiyalarında, eləcə də “Zəhmət”, “Yastı Meşə”, “Morul” və “Sarıtəpə” qaztənzimləyici məntəqələrində carı təmir işləri aparılacaq.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, təmir müddətində Gədəbəy rayonunun, Şəmkir rayounun Zəyəm, Çənlibel, Morul, Sarıtəpə, həmçinin Tovuz rayonunun Alakol, Qovlar, Dondarquşçu kənd və qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR