ABŞ-da leysan yağışları nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb

ABŞ-da leysan yağışları nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb
# 11 yanvar 2018 01:38 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatında sel və leysan yağışları nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Santa-Barbara dairəsinin şerifi Bil Braun bildirib.

Onun sözlərinə görə, daha 13 nəfər itkin düşmüş hesab edilir.

Təbii fəlakət nəticəsində bölgədə 100-dək yaşayış evi dağılıb. Bundan əvvəl 13 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilirdi. Ölümlə nəticələnən insidentlər Montesito şəhərində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR