XİN rəhbəri: “TDƏŞ-in BMT və İƏT-də müşahidəçi statusu əldə etməsi istiqamətində səylər gücləndirilməlidir”

XİN rəhbəri: “TDƏŞ-in BMT və İƏT-də  müşahidəçi statusu əldə etməsi istiqamətində səylər gücləndirilməlidir”
# 10 sentyabr 2015 19:40 (UTC +04:00)

Bakı-APA. Türk tarixinə dair müştərək kitabının hazırlanması, universitetlərarası assosiasiya, tələbə-müəllim mübadiləsi proqramları kimi layihələr humanitar sahədə əməkdaşlığımızın inkişafına təkan verəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib. Nazir əlavə edib ki, Türk Şurası çərçivəsində fəaliyyətin digər perspektivli sahəsi idman və gənclər ola bilər.

XİN rəhbəri qeyd edib ki, bu ilki Zirvə Görüşünün “media və informasiya sahəsində əməkdaşlıq” adı altında keçirilməsi günün tələblərinə cavab verir: “Biz bu sahədə əməkdaşlığı yüksək qiymətləndiririk və bu yaxınlarda üzv dövlətlərin media və informasiya qurumları rəhbərlərinin Astanada keçirilmiş birinci görüşü zamanı qəbul edilmiş qətnamələri dəstəkləyirik”.

Elmar Məmmədyarov beynəlxalq təşkilatlar, xüsusilə BMT çərçivəsində üzv dövlətlərin namizədliklərinin koordinasiya və qarşılıqlı şəkildə dəstəklənməsi və ortaq mövqe nümayişi istiqamətində əməkdaşlığı davam etdirməyin vacib olduğunu bildirib: “Biz Türk Şurasının BMT və İƏT-də müşahidəçi statusu əldə etməsi istiqamətində səylərimizi gücləndirməliyik. Digər tərəfdən, Şuranın İƏT, ATƏT, BMT-nin ixtisaslaşmış qurumları olan Ümumdünya Turizm Təşkilatı, BMT İnkişaf Proqramı ilə əməkdaşlığı təqdirəlayiqdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR