Azərbaycan prezidenti indoneziyalı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti indoneziyalı həmkarına başsağlığı verib
# 07 dekabr 2016 13:38 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev indoneziyalı həmkarı Coko Vidodoya başsağlığı verib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, İndoneziyanın Açex vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR