Avropa İttifaqı Şurası Yanukoviçə qarşı sanksiyaları daha bir il uzadıb

Avropa İttifaqı Şurası Yanukoviçə qarşı sanksiyaları daha bir il uzadıb
# 04 mart 2019 15:37 (UTC +04:00)

Avropa İttifaqı Şurası Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və onun ətrafına qarşı sanksiyaları daha bir il müddətinə uzadıb.

ONA TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, Avropa İttifaqı Şurası Viktor Yanukoviç və onun yaxın ətrafı daxil olmaqla, 12 şəxsin aktivlərini 2020-ci il martın 6-na kimi dondurub. Bir nəfərə qarşı isə qadağanedici tədbirlər uzadılmayıb.

Bundan əvvəl, Brüsseldəki mənbələr bildirimişdi ki, Avropa Məhkəməsinin qərarına əsasən, Andrey Klyuyevin adı siyahıdan çıxarılacaq. Bu məlumat martın 5-də qanun qüvvəyə mindikdən sonra dəqiqləşəcək.

Qeyd edək ki, 2014-cü ilin martın 5-də Avropa İttifaqı dövlət əmlakının sui-istifadəsinə görə V.Yanukoviç, onun iki oğlu, ölkənin sabiq baş naziri Nikolay Azarov və onun yaxın ətrafı daxil olmaqla, 18 Ukrayna vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR