Prezident: "Xankəndi" gəmisinin "Şahdəniz" yatağının işlənməsində əvəzolunmaz xidməti olacaq"

Prezident: "Xankəndi" gəmisinin "Şahdəniz" yatağının işlənməsində əvəzolunmaz xidməti olacaq"
# 06 sentyabr 2017 12:33 (UTC +04:00)

"Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə "Şahdəniz-2" layihəsi çərçivəsində inşa edilən "Xankəndi" sualtı tikinti gəmisinin istifadəyə verilməsi tarixi hadisədir".

APA-nın xəbərinə görə, bu barədə prezident İlham Əliyev "Xankəndi" sualtı tikinti gəmisinin təqdimat mərasimində çıxışı zamanı bildirib.

Ölkə başçısı qeyd edib ki, gəmiyə "Xankəndi" adının verilməsinin çox böyük mənası var: "Xankəndi bizim qədim şəhərimizdir, adı bizim üçün əziz və doğmadır. Təsadüfü deyil ki, dünyada unikal standartlara cavab verən gəmiyə bu ad verilib. Bu gəminin tikintisi ölkəmizin gücünü göstərir. Onu göstərir ki, bu gün Azərbaycanda istənilən böyük tikinti işi aparıla bilər. Bu gəminin tikintisi və istifadəyə verilməsi eyni zamanda onu göstərir ki, vaxtilə gəmiqayırma zavodunun tikintisi haqqında verilən qərar düzgün idi. O zaman bu qərarı verərkən və tikintisinə sərmayə ayırarkən bu məqsədi güdürdük ki, Azərbaycan istənilən növ gəmini inşa edə bilsin. Bu növ gəminin tikintisi eyni zamanda onu göstərir ki, elə bir gəmi yoxdur ki, gəmiqayırma zavodunda onu inşa edə bilməyək".

Prezident əlavə edib ki, hazırda zavodda 4 yeni gəmi tikilir. Onlardan 2-si bərə, 2-si isə tankerdir. Ölkə başçısı onu da qeyd edib ki, "Xankəndi" gəmisinin tikintisi 400 mln. dollara başa gəlib: "Bu da dövlətin gücünü göstərir. "Şahdəniz" qaz yatağının işlənməsində bu gəminin əvəzolunmaz xidməti olacaq. Mənə bu gün verilən məlumata görə, dünyada bu tip cəmi 10 gəmi var və onlardan biri də Azərbaycanda tikilib. Bu gəminin istismarında əksər heyət Azərbaycan mütəxəssisləridir, yerli kadrlardır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR