Poroşenko Zakarpat vilayətinin 12 rayon administrasiyasının rəhbərlərini istefaya göndərib

Poroşenko Zakarpat vilayətinin 12 rayon administrasiyasının rəhbərlərini istefaya göndərib
# 18 iyul 2015 00:58 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq əmrlər Ukrayna rəhbərinin saytında dərc edilib.

İyulun 15-də Zakarpat vilayətinin 12 rayon administrasiyasının rəhbəri istefaya getmələri barədə ərizə yazıblar.

Qeyd edək ki, Zakarpat vilayətində kadr dəyişikliyi Mukaçevoda baş vermiş silahlı insident fonunda həyata keçirilib. Xatırladaq ki, “Sağ Sektor” təşkilatının üzvləri və milis arasında iyulun 11-də baş vermiş silahlı qarşıdurma nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

Prokurorluq Mukaçevoda baş verənləri terror aktı adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR