Bolqarıstan Suriyaya yük aparan Rusiya təyyarələrinin ölkə üzərindən uçuşuna qadağa qoyub

Bolqarıstan Suriyaya yük aparan Rusiya təyyarələrinin ölkə üzərindən uçuşuna qadağa qoyub
# 08 sentyabr 2015 19:59 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Bolqarıstan XİN mətbuat xidmətinin məlumatında bildirilir.

“Bolqarıstan XİN sentyabrın 1-dən 24-dək RF-Suriya marşrutu üzrə Rusiya hərbi-yük təyyarələrinin Bolqarıstanın hava məkanı üzərindən uçuşuna icazə vermədiyini təsdiqləyir. İmtinaya əsas Rusiyanın uçuşa icazə ilə bağlı xahişində uçuşların məqsədinə və aparılan yüklərə dair məlumatın qeyri-səhih verməsi olub”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl Bolqarıstan XİN rəsmi nümayəndəsi Betina Joteva “aparılan yükün xarakterinin bəyan edilmiş məlumata uyğun olmamasına əsaslı şübhələrin yarandığını” bildirib.

“Bolqarıstan XİN bu qərarı özü, müstəqil verib”, deyə Betina Joteva qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR