Ağdaşda zəncirvari avtomobil qəzası olub, 3 nəfər ağır xəsarət alıb - VİDEO

Ağdaşda zəncirvari avtomobil qəzası olub, 3 nəfər ağır xəsarət alıb - <span style="color: red;">VİDEO
# 21 avqust 2015 12:11 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax yolunun 263-cü kilometrliyində, Ağdaşın Yenicə kəndi ərazisində qeydə alınıb. 1978-ci il təvəllüdlü İbrahim Eminovun idarə etdiyi 06-BD-721 dövlət nömrə nişanlı, “QAZ-53” markalı minik avtomobili qarşı tərəfdən gələn Bakı sakini, 1976-cı il təvəllüdlü Rafiq Cavadovun idarə etdiyi 99-FN-760 dövlət nömrə nişanlı “KİA” markalı minik avtomobili ilə toqquşub.

Sonra isə “KİA” markalı minik avtomobili qarşı tərəfdən gələn Gəncə sakini 1964-cü il təvəllüdlü Elman Ələsgərovun idarə etdiyi 90-RM-304 dövlət nömrə nişanlı “Mercedes” markalı sərnişin mikroavtobusu ilə toqquşublar. Hadisə zamanı sərnişin mikroavtobusunda iki nəfər, “KİA” markalı avtomobildə isə bir nəfər xəsarət alıb.

Elman Ələsgərov, Elvin Əsədov və Azad Quliyev ağır xəsarətlə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR