20 min nəfər sərxoşluğun təyini üçün tibbi müayinədən keçib

20 min nəfər sərxoşluğun təyini üçün tibbi müayinədən keçib
# 14 oktyabr 2016 14:47 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu ilin 9 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 20 min 56 nəfər keçib.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun açıqladığı hesabatda əksini tapıb.

Onlardan 715 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 358 nəfər istifadəçi aşkar olunaraq müvafiq qeydiyyata götürülüb. Həmçinin cari ilin 9 ayı ərzində 2 min 83 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 890 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 970 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları”(F11) diaqnozu ilə müalicəyə qəbul edilib.

Eyni zamanda metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 197 xəstə müalicə alır. Onlardan 145 nəfəri Respublika Narkoloji Mərkəzində, 52 nəfər isə QİÇS-lə Mübarizə Mərkəzindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR