“Everton”un baş məşqçisi komanda ilə vidalaşıb

“Everton”un baş məşqçisi komanda ilə vidalaşıb
# 05 dekabr 2019 11:28 (UTC +04:00)

İngiltərənin “Everton” klubunun baş məşqçisi Marku Silva istefaya göndəriləcək.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XV turunun “Liverpul”la qarşılaşmasından sonra mütəxəssis futbolçularla vidalaşıb.

Lakin oyundan sonra vəzifəsindən ayrılacağı ilə bağlı suala konkret cavab verməyib: “Bu sual mənə deyil, başqa adamlara verilməlidir. Bizim səhvlərimiz üzündən böyük təzyiq altındayıq”.

“Liverpul”a 2:5 hesablı məğlubiyyətdən sonra “Everton” təhlükəli zonaya yuvarlanıb. Hesabında 14 xal olan komanda yalnız “Norviç”lə “Uotford”u qabaqlayır.

Qeyd edək ki, M.Silva 2018-ci ilin yayından “Everton”u çalışdırır. Ötən mövsüm onun yetirmələri Premyer Liqada 8-ci yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR